Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fizuli Ələkbərov: “Son 3 ildə ünvanlı sosial yardım alanlar arasında yoxsulluq səviyyəsi 20% azalıb”
11.12.09 04:46

Ölkədə ünvanlı sosial yardım siyasətinin uğurla həyata keçirilməsi nəticəsində son 3 il ərzində yardım alanlar arasında yoxsulluq səviyyəsi 20% azalıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov çıxış edib. F.Ələkbərovun sözlərinə görə, Dünya Bankı bu göstəricini ünvanlı sosial yardım mexanizmi tətbiq edilən ölkələr sırasında ən səmərəli nəticə hesab edib. Həmçinin müəyyən olunub ki, sosial proqramların icrası üçün ayrılan vəsaitlərin istifadə edilməsində səmərəlilik göstəriciləri başqa ölkələrə nisbətən Azərbaycanda daha yüksəkdir. Nazir həmçinin bildirib ki, sosial yardımın təyin edilməsində ünvanlılıq prinsipi təqribən 90% təmin edilir. “Bir müddət əvvəl təsdiq olunmuş 2010-cu il üçün dövlət büdcəsinin sosialyönümlü olması son illərdəki inkişafın növbəti ildə də davam etdiriləcəyini qeyd etməyə əsas verir. Dünya Bankının hesablamalarına görə, inkişaf etməkdə olan ölkələrin yarısı 2009-cu ildə yoxsulluğun son həddi ilə qarşılaşa bilər”,-deyə nazir əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-440.html