Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsmanın əməkdaşları Qubada maarifləndirmə tədbiri keçirib
27.08.11 02:59

Bu günlərdə Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları Quba rayonunun Qəçrəş bələdiyyəsində olub, yerli sakinlər, o cümlədən icmalarla görüş keçiriblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Rayon İcra Hakimiyyəti nümayəndələri, bələdiyyə üzvləri, kənd icra nümayəndəlikləri və əhalinin iştirakı ilə təşkil olunan bu maarifləndirmə tədbirində regional mərkəzin nümayəndələri iştirakçılara insan hüquq və azadlıqları, bu sahədə müvafiq beynəlxalq konvensiyalar və milli qanunvericiliyin əsas müddəaları, Ombudsman E.Süleymanovanın insan hüquqlarının müdafiəsi və təmini üzrə fəaliyyəti barədə ətraflı məlumat verib, sualları cavablandırıblar. Regional mərkəzin fəaliyyəti barədə də məlumat verilib, mərkəzə müraciət etmə qaydaları izah edilib, pozulan insan hüquqlarının bərpası istiqamətində maarifləndirici məsləhətlər verilib, eyni zamanda Müvəkkilə ünvanlanan müraciətlər qəbul edilib. Tədbirin sonunda Ombudsman təsisatında hazırlanan hüquqi nəşrlər və plakatlar iştirakçılara paylanıb.
URL / WWW
http://kelam.az/article/a-4399.html