Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Coğrafiya müəllimi işləmək istəyənlər imtahan verir
27.08.11 02:58

Bu gün ümumtəhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində keçirilən imtahan bu gün səhər saat 09.00-da başlayıb və axşam saat 18.00-dək davam edəcək. Coğrafiya müəllimi işləmək istəyənlər üçün keçirilən imtahan bir gün davam edəcək. İmtahanda hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatandan sonra topladığı balı öyrənəcək. Qeyd edək ki, ölkədə coğrafiya müəllimliyi ixtisası üzrə 261 vakant yer var. Vakant yerlərdən 17-si Bakı şəhəri, 244-ü isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 408 nəfər ərizə verib. İyulun 26-dan başlayan imtahanların sentyabrın 1-də başa çatması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-4398.html