Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ probleminin dinc yolla həllinə təhlükə yaradan məhz vasitəçilərdir”
25.08.11 20:21

“İndiki dövrdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolla həll edilməsi olduqca təhlükəli məsələdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu söyləyib. Siyasi ekspertin sözlərinə görə, indi gedən proseslər münaqişəsinin dinc yolla həll edilməsinə maneədir. “Münaqişəsinin tənzimlənməsində geosiyasi güc artıb. Dağlıq Qarabağ probleminin dinc yolla həll olunmasına təhlükə yaradan məhz vasitəçilərdir. Məsələnin həll olunmasına üstələnən vasitəçilər əslində bu müddət ərzində müharibənin qarşısını almaqla məşğul olublar və bu məsələdə müharibə profilaktikası yaratmaq əslində ermənipərəstlik deməkdir”,-deyə M.Əhmədoğlu qeyd edib. Politoloqun fikrincə, vasitəçilərin ikinci qüsuru bir-biri ilə anlaşa bilməməsi və münaqişəsinin tənzimlənməsində özlərinin geosiyasi maraqları tərəfindən çıxış etməsi olub: “Münaqişənin həll olunmasını ABŞ və Rusiya hər biri özlərinə sərf edən zamana saxlayıb. Qərbin regiona müdaxiləsindən narahatlıq keçirən Rusiya münaqişəsinin həllini özünün yenidən yüksəliş dövrünə saxlayıb ki, qərbi regiondan sıxışdırıb çıxara bilsin. Qərb də həmçinin, Rusiyanın çöküşünü gözləyib, onu bütün Qafqazdan çıxarmağı planlaşdırır”. M.Əhmədoğlu prezidentlərin Düşənbə görüşünü formal adlandırıb. Onun sözlərinə görə, Rusiya bu görüşləri həyata keçirməklə münaqişənin həllində prioritet vasitəçi kimi çıxış etdiyini göstərmək istəyir. Politoloq vurğulayıb ki, bu görüşlər Rusiyanın imicini artırır, Ermənistana imitasiya imkanı yaradır, Azərbaycana isə heç nə vermir.
URL / WWW
http://kelam.az/article/a-4395.html