Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Qarabağ məsələsinin həlli Abdulla Gülün bir razılığından asılıdır”
26.08.11 02:21

“Qarabağ məsələsinin həlli Abdulla Gülün bir razılığından asılıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu söyləyib. Onun sözlərinə görə, Rusiya Türkiyədən “Raket Əleyhinə Müdafiə Sistemləri”nin (RƏMS) yerləşdirilməsi məsələsində asılıdır. Belə ki, Rusiya dərk edir ki, bu sistemlər Türkiyədə yerləşdirilsə, bu birdəfəlik yerləşmə olacaq və Rusiyanın regionda mövqeyni zəiflədəcək, Rusiyanı 10 mlrd. dollardan məhrum edəcək, ölkənin Türkiyəyə təsirini sıfra endirəcək. “NATO qərara aldı ki, RƏMS Türkiyə ərazisində yerləşdirilsin. RƏMS-ləri yerləşdirməmə məsələsində Türkiyə Rusiyanın qarşısına bir neçə məsələ qoya bilər ki, bunlardan da biri Dağlıq Qarabağ problemi olsun. Oktyabrın əvvəlində Mevedev ilə Gülün görüşü nəzərdə tutulub və bu qarşılaşmada böyük ehtimalla RƏMS əsas müzakirə obyekti olsun. Bu rakursdan da görünür ki, Qarabağ münaqişəsinin həllində A.Gülün bir razılığı çox şeyi dəyişə bilər”,-deyə o diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-4394.html