Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi vakant qalan yerlərə müəllimlərin qəbulunu elan edib
25.08.11 20:21

Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə Azərbaycan dili və ədəbiyyatı, kimya, ingilis dili və ibtidai sinif müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə vakant qalan yerləri elan edib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, avqustun 8-dən 11-dək Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayanlar elan edilən 98 yer üçün müraciət edə bilərlər. Bakı şəhərində olan vakant yerlər ucun keçid balı 28-dən yuxarı, digər vakant yerlər üçün keçid balı isə 21-dən yuxarıdır. Elan edilən 98 vakant yerdən 1-i Bakı, qalanları isə digər şəhər və rayonlar üzrədir.Qeyd edək ki, kimya müəllimliyi üzrə 103, ingilis dili müəllimliyi üzrə 107, ibtidai sinif müəllimliyi üzrə isə 33 vakant yer var. İbtidai sinif müəllimi işləmək istəyənlər avqustun 20-i, ingilis dili müəllimi olmaq arzusunda olanlar avqustun 25-i, kimya müəllimi olmaq istəyənlər isə sentyabrın 2-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim etməlidirlər. Qəbulda əvvəlki müsabiqədə imtahan verərək keçid balını toplayanlar iştirak edə bilər.
URL / WWW
http://kelam.az/article/a-4393.html