Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » İnformatika müəllimi işləmək istəyənlər üçün imtahan keçirilir
25.08.11 20:21

Bu gün ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan başlayıb. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, imtahan Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində keçirilir. İnformatika müəllimi işləmək istəyənlər üçün keçirilən imtahan bu gün səhər saat 09.00-da başlayıb və axşam saat 18.00-dək davam edəcək. Bir gün davam edəcək imtahanda hər bir namizəd kompyuter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq. Qeyd edək ki, hazırda ölkədə informatika müəllimliyi ixtisası üzrə 188 vakant yer var. Vakant yerlərdən 29-u Bakı şəhəri, 159-u isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 440 nəfər sənəd verib. İyulun 26-dan başlayan imtahanların sentyabrın 1-də başa çatması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-4392.html