Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Herbert Kvelle ADU-nun qonağı olub
26.08.11 03:20

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelleni qəbul edib. Bu barədə “KƏLAMİNFO”ya universitetin mətbuat xidmətindən məlumat verilib. Rektor qonağa universitetdə bütün dünya ölkələrinin, xüsusilə Qərbi Avropa ölkələrinin dillərinin öyrənildiyini bildirib. “Tədris olunan dillərlə yanaşı, həmin ölkələrin dil və mədəniyyət mərkəzlərinin universitetdə mövcudluğu tələbələrə həmin dillərin mənimsəmək və ölkələri öyrənməkdə kömək edir. Bu baxımdan ADU-dakı Alman dili Mərkəzinin fəaliyyətini qənaətbəxş hesab edirik. Alman mərkəzini universitet öz dəstəyi hesabına yaradıb, çünki buna ehtiyac vardı” – deyə o, əlavə edib. S.Seyidov, həmçinin Almaniya daxil olmaqla müxtəlif ölkələrdən yüksək ixtisaslaşmış müəllimlərin ADU-da dərs dediklərini söyləyib. Səfir Herbert Kleven isə öz növbəsində ADU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qonaq Almaniya universitetlərinin ADU ilə əlaqələrinin yaradılmasının ikitərəfli əlaqələrin dərinləşməsinə, elmi-mədəni əlaqələrə töhfəsini verəcəyinə əminlik ifadə edib.
URL / WWW
http://kelam.az/article/a-4391.html