Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » MDB-nin enerji məsələləri üzrə ekspertləri Finlandiyaya toplaşıb
25.08.11 20:17

Bu gün Finlandiyanın Turku şəhərində “Avropa regionunun enerji təhlükəsizliyi” mövzusunda illik beynəlxalq enerji konfransı keçirilir. Turku İqtisadiyyat Məktəbinin təşkilatçılığı ilə reallaşan tədbirdə ölkəmizi Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin enerji məsələləri üzrə eksperti Gülmira Rzayeva təmsil edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən veriblər. Konfransın keçirilməsində məqsəd MDB ölkələrindən olan enerji məsələləri üzrə ekspertləri bir araya gətirərək onlarla fikir mübadiləsi aparmaqdır. Həmçinin Finlandiyanın ekspert və akademik dairələrini MDB ölkələrinin enerji siyasəti haqda məlumatlandırmaqdır.
URL / WWW
http://kelam.az/article/a-4386.html