Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fransa deputatların Dağlıq Qarabağa səfərinə aydınlıq gətirdi
25.08.11 02:15

Fransanın Azərbaycandakı səfirliyi  bir neçə gün öncə fransalı deputatların Dağlıq Qarabağa olan  səfəri ilə bağlı məlumat yayıb.
Fransanın Azərbaycandakı səfirliyindən «Azadinform»a verilən məlumatda qeyd edilib ki, 2011-ci il avqustun 23-dəki mətbuat saatında Fransa Xarici İşlər və Avropa məsələləri Nazirliyinin sözçüsünə fransalı deputatların Dağlıq Qarabağa bir neçə gün öncə getməsi ilə bağlı sual verilib. Bununla əlaqədar o aşağıdakı bəyanatı verib: “Dağlıq Qarabağa münasibətdə bizim mövqeyimiz parlamentarilərə lazımi şəkildə bildirilib. Bu səfər nəticə etibarı ilə Fransanın bu münaqişədə siyasətinə heç bir öhdəlik vermir və nə də onun siyasətini dəyişmir. Fransa beynəlxalq birliyin bütün ölkələri kimi, o cümlədən Ermənistanın özü də, bu ərazinin müstəqilliyini tanımır. Bu ərazinin beynəlxalq hüquqi statusu, yalnız sülh yolu ilə, ədalətli şəkildə və bütün aidiyyəti tərəflər arasında razılaşdırılmış həll çərçivəsində müəyyən edilə bilər. Fransa, Birləşmiş Ştatlar və Rusiya ilə birlikdə ATƏT-in Minsk Qrupuna həmsədrlik edir. Buna əsasən ona, sonuncu Helsinki Aktının prinsipləri əsasında və Fransa, Amerika və Rusiya prezidentləri tərəfindən dəfələrlə, o cümlədən “Böyük Səkkizlər”in 2009-cu il Akila və 2010-cu il Muskoka zirvə görüşləri zamanı, irəli sürülən təkliflərə uyğun olaraq kompromis tapılmasına kömək etmək öhdəliyi verilib”.
URL / WWW
http://kelam.az/article/a-4385.html