Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanlı alim Portuqaliyada keçiriləcək konfransda iştirak edəcək
25.08.11 03:15

Sentyabrın 19-24-də Portuqaliyanın Evora şəhərində Mədəniyyətlərdə Astronomiya Avropa Cəmiyyətinin (European Society for Astronomy in Culture) konfransı keçiriləcək. Konfransda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Abasəli Rüstəmov “Qədim Qobustan Günəş Rəsədxanası” mövzusunda elmi məruzəylə iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
Məruzə Qobustanın qayıq rəsmlərində əks olunmuş təqvim simvolizminin və 1 nömrəli Qaya obyekti taxçaların “mövsüm ölçmə” (günəş saatı) funksiyalarının tədqiqatlarından bəhs edir.
Konfransın proqramı əsasən qədim Şumer, Misir, Yunan və Maya astronomiyası və müasir dövrlərdə dənizçilikdə istifadə olunan qədim naviqasiya üsulları, dünya xalqlarının mədəniyyətlərindəki təcrübi astronomiya mövzularını əhatə edir. Konfransda Avropa ölkələrinin arxeoastronomları ilə yanaşı, Hindistan, Rusiya, Qazaxıstan, Gürcüstan və İran İslam respublikasından olan tədqiqatçılar da iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-4383.html