Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Barak Obama təcili iclas keçirib
24.08.11 18:15

ABŞ prezidenti Barak Obama ölkənin şimal-şərqində baş verən zəlzələ ilə bağlı təcili iclas keçirib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Prezident Milli Təhlükəsizlik Nazirliyinin və Fövqəladə Hallar özrə Federal Agentliyin rəhbərliyi ilə danışıqlar aparıb.
B.Obamaya bildirilib ki, infrastrukturlarda, o cümlədən aeroportlarda və atom elektrik stansiyalarında iri miqyasda dağıntı yoxdur. 
Qeyd edək ki, bu gün səhər ABŞ-ın şərq sahillərində 5, 8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Şimali Karolina, Virciniya, Merilend, Nyu-York, Ohayo və Kolumbiyanın mərkəzində hiss olunub. Kapitoli təpəsində və Pentaqonda evakuasiya həyata keçirilib
Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.
URL / WWW
http://kelam.az/article/a-4382.html