Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Memorandum imzalandı
11.12.09 04:43

Bu gün Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında “Təhsildə əməkdaşlıq” Proqramı üzrə Anlaşma Memorandumu imzalandı. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov “Microsoft” şirkəti ilə 2006-2009-cu illəri əhatə edən Memorandumun imzalandığını xatırlatdı. M.Mərdanov sözügedən Memorandumun vaxtının başa çatdığı üçün növbəti sənədin imzalanmasının zəruri olduğunu qeyd edib. Sənədin imzalanmasında məqsədin təhsildə İKT-nin inkişaf etdirilməsi olduğunu diqqətə çatdıran M.Mərdanov əlavə edib ki, yeni Memoranduma müəllimlərin treninqi, məktəblərin internetə qoşulması, Windovs, ofis proqramları, “Xalq kompüteri” və digər layihələr daxildir. Bu sahədə bir sıra işlərin də görüldüyünü vurğulayan M.Mərdanov DATA Mərkəzinin yaradıldığını xatırlatdı və bildirdi ki, bu günə qədər həmin mərkəzə Azərbaycanın 500-dən çox məktəbi qoşulub və gələn il bu iş başa çatdırılacaq. “İnnovativ məktəb” Proqramı çərçivəsində Braziliyada Forum keçirildiyini qeyd edən nazir bildirib ki, həmin proqrama dünyanın 110 ölkəsi qatılıb və orada seçilən 31 məktəb arasında Bakı şəhərinin 7 saylı məktəbinin də adı var. “Microsoft” şirkətinin Orta və Qərbi Avropa üzə “Təhsildə əməkdaşıq” Proqramının rəhbəri Teodor Milev isə bildirib ki, İKT-nin təhsildə tətbiqi ilə bağlı Azərbaycanda Dövlət Proqramı var və həmin proqram bu sahədə həyata keçirilən layihələr üçün yol göstəricisidir. O, təmsil olunduğu qurumun əməkdaşlıqdan məmnun olduğunu söyləyib. Sonda M.Mərdanov və T.Milev arasında 2010-2013-cü iləri əhatə edəcək Anlaşma Memorandumu imzalanıb.
URL / WWW
http://kelam.az/article/a-438.html