Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ankaradan Binqaziyə böyük dəstək
24.08.11 18:12

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu liviyalı üsyançılara rəhbərlik edən Beynəlxalq Müvəqqəti Şura rəsmiləri ilə görüşüb.
“KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Şura sədri Mustafa Əbdülcəlil ilə iki saata yaxın fikir mübadiləsi aparan nazir Liviyada uğurla tamamlanan bu üsyanın ölkəni demokratik və aydın gələcəyə aparacağından əminliyini vurğulayıb. “Müqəddəs Ramazan boyu türk xalqının ürəyinin bir yarısı Somali, digər bir yarısı isə Liviya üçün atdı” deyən Davudoğlu keçid dövründə Türkiyənin Liviyaya əlindən gələn yardımı edəcəyini də vurğulayıb.
Görüşdən sonra mətbuata açıqlama verən nazir Türkiyənin Liviyaya 100 milyon dollar nağd, 100 milyon dollar mərhələ-mərhələ kreditlə, 100 milyon dollar isə investisiya formasında dəstək olacağını açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-4376.html