Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama: Ölkənin gələcəyi indi Liviya xalqının əlindədir
24.08.11 03:53

ABŞ prezidenti Barak Obama bəyan edib ki, Liviya lideri Müəmmar Qəddafi rejiminin sonu gəlib çatıb. O, Liviya liderini hakimiyyətdən getməyə çağırıb. Onun sözlərinə görə, Şimali Afrikanın bu ölkəsində vəziyyət olduqca qeyri-müəyyəndir və Qəddafi rejimi dağılıb. ABŞ prezidenti vurğulayıb ki, ölkədə hələ də ağır döyüşlər gedir, lakin tamamilə aydındır ki, Qəddafinin dövrü bitib və üsyançılar paytaxt Tripolinin böyük hissəsinə nəzarət edirlər. Obama bildirib ki, Liviyada vəziyyət zirvə nöqtəsinə çatıb və ölkənin gələcəyi indi Liviya xalqının əlindədir. «KƏLAMİNFO» «Lenta ru»ya istinadən xəbər verir ki, Obama bu bəyanatı Massaçusets ştatında ailəsi ilə birlikdə dincəldiyi Martas Vinyard kurort şəhərindən verib.
URL / WWW
http://kelam.az/article/a-4372.html