Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Seyf əl İslam: “Biz üsyançıların onurğa sütununu qıra bildik”
24.08.11 03:03

Liviya lideri Müəmmar Qəddafinin oğlu Seyf əl İslam nə üsyançıların əlindədir, nə də onu əsir götürüblər. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, o, zirehli avtomobildə əcnəbi jurnalistlərin qaldığı mehmanxanaya gəlib və yaranmış vəziyyətlə bağlı onlara açıqlama verib. Müxbirlərdən biri ondan atasının Tripolidə olub-olmadığını soruşub. O isə cavabında «əlbəttə ki, buradadır» deyib. Seyf əl İslam atasının Tripolidə təhlükəsiz yerdə olduğunu da vurğulayıb. Onun sözlərinə görə, əsas güc artıq Qəddafinin tərəfindədir: «Biz üsyançıların onurğa sütununu qıra bildik. Bu, tələ idi. Onların həyatını daha da ağırlaşdırdıq, ona görə də qalib gəlirik. Biz buradayıq və bu bizim ölkədir. Bu bizim xalqımızdır və biz burada yaşayırıq. Biz qalib gələcəyik, çünki xalq bizimlədir». Bəzi məlumatlara görə, Qəddafi Bab əl-Əzizədəki iqamətgahında gizlənir.
URL / WWW
http://kelam.az/article/a-4371.html