Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK texnikumlara sənəd verən abituriyentlərə müraciət etdi
24.08.11 03:03

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş abituriyentlərə müraciət edib. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, 2011/2012-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 28-də keçiriləcək. Abituriyentlər imtahanda iştirak etmək üçün avqustun 24-dən etibarən elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından “İmtahana buraxılış vərəqəsi”ni və “Abituriyentin vəsiqəsi”ni əldə etməlidirlər. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: imtahana buraxılış vərəqəsi"ni; şəxsiyyəti təsdiq edən sənədin əslini, “Abituriyentin vəsiqəsi”ni. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. TQDK tərəfindən abituriyentlərə Sənəd Qəbulu Komissiyasında ödənişsiz “Yaddaş kitabçası” təqdim olunacaq. Burada onların imtahanda davranış qaydaları, hüquq və vəzifələri geniş şərh olunub. İmtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.
URL / WWW
http://kelam.az/article/a-4370.html