Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bir sıra dövlətlərin BMT yanında daimi nümayəndələrinin Azərbaycana səfəri başlayır
23.08.11 01:52

Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələrinin Azərbaycana səfəri başlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyindən veriblər. Səfər zamanı qonaqlar baş nazir Artur Rasi-zadə tərəfindən qəbul ediləcəklər. Eyni zamanda, Milli Məclis, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Diplomatik Akademiyası və Dövlət Neft Şirkətində qonaqlarla görüşlər keçiriləcək. Səfirlər Fəxri Xiyaban və Şəhidlər Xiyabanını da ziyarət edəcəklər. BMT yanında daimi nümayəndələrin səfər çərçivəsində onların Quba şəhərinə səfəri də nəzərdə tutulub. Burada onlar kütləvi məzarlıqla, eyni zamanda Quba şəhəri ilə yaxından tanış olacaqlar. Səfər 27 avqust 2011-ci il tarixinədək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-4366.html