Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Riyaziyyat müəllimi işləmək istəyənlər üçün imtahan keçirilir
23.08.11 02:52

Bu gün Təhsil Nazirliyi sistemindəki ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, riyaziyyat müəllimi işləmək istəyənlər üçün keçirilən imtahan iki gün davam edəcək. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində reallaşan imtahan bu gün səhər saat 9:00-da başlayıb və saat 18.00-da başa çatacaq. Hər bir namizəd kompyuter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək. Qeyd edək ki, hazırda ölkədə riyaziyyat müəllimliyi ixtisası üzrə 185 vakant yer var. Vakant yerlərdən 26-sı Bakı şəhəri, 159-u isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 1018 nəfər ərizə verib. Bundan sonrakı imtahanlar isə informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-4364.html