Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » 2015-ci ilə qədər məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil-məişət problemi həll ediləcək
22.08.11 19:52

Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb. “KƏLAMİNFO”nun məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov Azərbaycanda səfərdə olan ABŞ konqresmenlərindən bir qrupunun köməkçilərinin daxil olduğu nümayəndə heyətinin məcburi köçkünlərlə görüşü zamanı söyləyib. G.Fərhadov bildirib ki, 20 min ailə, yəni 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlər üçün 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. G.Fərhadov qeyd edib ki, 2015-ci ilə qədər məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil-məişət problemi həll ediləcək. O, qonaqlara ermənilərin azərbaycanlılara qarşı təcavüzü, onun ağır nəticəsi, bu təcavüz nəticəsində ölkəmizə dəyən ziyan və digər məsələlər barədə ətraflı məlumat verib.
URL / WWW
http://kelam.az/article/a-4363.html