Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məhkumlara psixoloji dəstək istiqamətində layihə həyata keçirilir
23.08.11 01:52

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Avropa Şurası, Avropa Gənclər Fondunun dəstəyi ilə “Gənc Məhkumlara Psixoloji Dəstək” layihəsinin icrasına başlayıb. Bu barədə “KƏLAMİNFO”ya birliyin mətbuat xidmətindən məlumat verilib. 3 ay müddətində davam edəcək layihənin əsas məqsədi gənc psixoloqların penitensiar psixologiya sahəsində hazırlanması və gənc məhkumların psixoloji reabilitasiyası işinin həyata keçirməsindən ibarətdir. Layihə çərçivəsində 2 istiqamətdə iş aparılacaq. İlk olaraq 20 nəfər gənc psixoloq üçün penitensiar psixologiya üzrə xüsusi təlim kursları təşkil ediləcək. Bu kurslarda məhkumun psixoloji portreti və məhkum şəxsiyyətinin xüsusiyyətləri, məhkum qrupunun sosial-psixoloji xüsusiyyətləri, cəzaçəkmə müəssisələrində ünsiyyət, məhkumların fərdi psixoloji xüsusiyyətlərinin öyrənilməsi metodları, psixodiaqnostika və korreksiya işinin planlaşdırılması, cəza müddəti sona yetmiş şəxsin azadlıq şəraitinə adaptasiyasının sosial-psixoloji problemləri, məhkumlarla işləyən heyətlə həyata keçirilən psixoloji fəaliyyət kimi mühüm mövzular tədris olunacaq. İkinci istiqamət olaraq cəzaçəkmə müəssisələrində məhkumlar və müəssisə əməkdaşları üçün psixoloji seminarlar təşkil ediləcək.Cəzaçəkmə Müəssisələrində keçiriləcək bu seminarlar 3 pillədə reallaşdırılacaq. Hər müəssisədə ilk olaraq məhkumlar, ikinci pillədə müəssisə əməkdaşları üçün psixoloji seminarlar keçiriləcək və seminarın sonunda hər iki tərəfin-məhkumların və nəzarətçilərin iştirakı ilə konfliktlərin həlli ilə bağlı qrup işləri aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-4362.html