Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qəddafinin qalası alındı
22.08.11 19:52

Liviyada bu ilin mart ayından bəri Qəddafiyə qarşı davam edən üsyan dalğasının mühasirə xətti getdikcə daralır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, uzun müddətdir ölkənin paytaxtını gözaltı edən üsyançılar nəhayət ki, Tripoliyə daxil olublar. Şəhərin mərkəzinə doğru istiqamət alan üsyançılar əhalidən böyük dəstək görüb. Belə ki, onlar əsl xilaskar ordu kimi qarşılanıb. Üsyançılar isə sevinclərini torpağı öpərək ifadə ediblər. Onların bu addımına daha bir güclü dəstək isə okeanın o tayından gəlib. Belə ki, Birləşmiş Ştatlar prezidenti Obama üsyançıların Tripoliyə girməsi xəbərinin ardından verdiyi açıqlamada: “Qəddafinin sonu gəldi, geri çəkilmək vaxtıdır” - deyə bildirib. İngiltərənin baş naziri Devid Kameron isə Qəddafiyə geri çəkilməyi və üsyançıları Tripolidən çıxarmaq üçün silaha əl atmağa cəhd etməməyi məsləhət görüb.
URL / WWW
http://kelam.az/article/a-4360.html