Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bələdiyyə seçkiləri ilə əlaqədar bütün ölkə ərazisində müşahidə aparmaq üçün MSK-ya müraciət edən 737 nəfər qeydə alınıb
10.12.09 19:18

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün ölkə ərazisində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən 737 nəfər qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev verib. A.Sarıyev bildirib ki, MSK-da qeydə alınanların 569 nəfəri öz təşəbbüsü ilə müraciət edənlər, qalanları isə siyasi partiya və QHT nümayəndələridir. A.Sarıyev həmçinin dairə hüdudlarında seçkiləri müşahidə etmək üçün 29 min 851 nəfərin DSK-lara müraciət edərək qeydə alındıqlarını söyləyib. Qeyd edək ki, qeydiyyat prosesi seçkilərə 10 gün qalmışa qədər MSK-da, 5 gün qalmışa qədər isə DSK-larda davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-436.html