Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İran yenə ABŞ-ı məyus etdi
22.08.11 19:52

İran casusluqda ittiham edilən iki Amerika vətəndaşı – Şeyn Bor və Coş Fattal haqqında səkkiz il azadlıqdan məhrum etmə qərarı alıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Hillari Klinton İranın Amerika vətəndaşları haqqında səkkiz illik həbs cəzası qərarı almasının Birləşmiş Ştatları çox məyus etdiyini bildirib. Müttəhimlər isə 2009-cu ildə çıxdıqları dağ səyahəti zamanı ölkə ərazisinə təsadüfən girdiklərini iddia edir və ittihamnamədəki casusluq iddialarını rədd edirlər. Müttəhimlərin iranlı vəkili Məsud Şafiyə: “Onların ikisinin də günahsız olduğuna əminəm. Bu məsələ siyasi səviyyəyə qaldırıldığından həll tapa bilmirlər. Onların casus olduğunu sübuta yetirən bir fakt belə yoxdur”. Məsələ ilə bağlı danışan dövlət katibi Klinton gənclərin dərhal azadlığa buraxılmasını tələb edib: “Onların ailələrinə qovuşmasının vaxtı çoxdan çatıb”. Məlumat üçün onu da bildirək ki, Şeyn Borun nişanlısı Sara Şurd keçən il həbs edilən iki gənclə birgə ABŞ-ın ödədiyi 500 min dollar təzminat qarşılığında sərbəst buraxılmışdı.
URL / WWW
http://kelam.az/article/a-4358.html