Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Şəmkirdə aparılan arxeoloji qazıntıların təqdimatı keçiriləcək
19.08.11 20:07

Avqustun 20-si Şəmkir rayonunun Qaracəmirli qədim yaşayış məskəni ərazisində aşkar edilən maddi-mədəniyyət nümunələrinin təqdimat mərasimi keçiriləcək. AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimovun iştirakı ilə keçiriləcək təqdimat Şəmkirdə reallaşacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə institut əməkdaşları Şəmkirin köhnə yaşayış məskənlərindən hesab olunan Qaracəmirli kəndində apardıqları arxeoloji qazıntılar zamanı eramızdan əvvəlki əsrlərə təsadüf edən şəhər yerini müəyyən ediblər. Burada Qafqazın ən qədim tikilisi, təxminən 2500 il bundan öncə inşa olunan saray tipli inzibati bina aşkarlanıb. Qeyd edək ki, Qaracəmirli kəndində Almaniya hökumətinin maliyyə dəstəyi ilə Azərbaycan arxeoloqları ilə yanaşı, Almaniya və Gürcüstan alimləri də xeyli tədqiqat işləri aparıblar. Aşkar olunan tapıntılar nəticəsində tarixi keçmişimiz haqqında, xüsusilə Şəmkirin qədim tarixi barədə indiyədək elmə məlum olmayan çoxlu yeni faktlar üzə çıxıb.
URL / WWW
http://kelam.az/article/a-4355.html