Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərdoğanı müşayiət edən təyyarə qəzaya uğrayıb
20.08.11 02:07

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanı Somali səfərində müşayiət edəcək iş adamları, siyasətçilər və sənət adamlarından ibarət heyəti Moqadişoya aparan təyyarə qəzaya uğrayıb. “KƏLAMİNFO” “HaberTürk” qəzetinə istinadən xəbər verir ki, “Türk Hava Yolları”na aid “Ordu” adlı təyyarə Moqadişo hava limanına enən zaman baş verib. Uçuş zolağının qısa olması səbəbilə təyyarə enən zaman sağ qanadı yerə sürtülüb. Sürtünməyə rəğmən təyyarədə alışma baş verməyib. Təyyarənin sağ qanadı ciddi zədələnib. Təyyarədə parlamentdə AKP fraksiyasının rəhbəri Mustafa Elitaş, TOBB başqanı Rıfat Hısarcıklıoğlu, “Doğan Holdinq” İdarə Heyətinin sədri Arzuhan Doğan Yalçındağ, İTObaşqanı Nevzat Yalçıntaş, sənətçilə Ajda Pekkan, Sertap Erener, Müəzzəz Ərsoy, Nihat Doğan, jurnalistlər, millət vəkilləri və mühafizə xidməti olub. Xatırladaq ki, baş nazir Rəcəb Tayyip Ərdoğan bu gün aclıqdan əziyyət çəkən Somaliyə bir günlük səfərə gedib. Ərdoğanı bu səfərdə xanımı Əminə Ərdoğan, baş nazirin müavini Bəkir Bozdağ, Ailə və sosial siyasət naziri Fatma Şahin, səhiyyə naziri Rəcəb Akdağ, xarici işlər naziri Əhməd Davudoğlu, AKP sədrinin müavini Ömər Çelik müşayiət edir.
URL / WWW
http://kelam.az/article/a-4353.html