Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK jurnalistləri mükafatlandırdı
19.08.11 20:07

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprel ayında jurnalistlər arasında elan etdiyi müsabiqənin qaliblərini mükafatlandırıb. “KƏLAMİNFO” xəbər verir ki, iki nominasiya üzrə aparılan müsabiqə 2011-2012-ci il tədris ili üçün ali və orta ixtisas tədris müəssisələrində qəbul kampaniyasının gedişinə həsr olunub. Mükafatlandırmada ən yaxşı televiziya reportajı nominasiyası üzrə birinci yeri “Xəzər” Televiziyasından Firüzə Qurbanlı (800 manat), ikinci yeri Azərbaycan Dövlət Televiziyasından Ramin Qurbanov (600 manat), üçüncü yeri İctimai Televiziyanın əməkdaşı Ülviyyə Əlləzova (400 manat) tutub. Ən yaxşı məqalə nominasiyası üzrə birinci yer “Üç nöqtə” qəzetini əməkdaşı Xalid Vahidoğluna (800 manat), ikinci yer “Trend” İnformasiya Agentliyindən İlhamə İsabalayevaya (600 manat), üçüncü yer APA- İnformasiya Agentliyindən Kəmalə Quliyevaya (400 manat) verilib.
URL / WWW
http://kelam.az/article/a-4351.html