Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Vyanada “Avropa və Xəzər dənizi regionu arasında inkişaf edən əlaqələrdə Azərbaycanın rolu” mövzusunda panel müzakirələr təşkil edilib
10.12.09 19:18

Azərbaycanın Avstriyadakı səfirliyi Avstriya Beynəlxalq Siyasət İnstitutu və Sülh naminə Beynəlxalq İnstitut ilə birgə əməkdaşlıq çərçivəsində Vyana Diplomatiya Akademiyasında “Avropa və Xəzər dənizi regionu arasında inkişaf edən əlaqələrdə Azərbaycanın rolu” mövzusunda panel müzakirələr təşkil edib. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Diplomatik Xidmətinin yaradılmasının 90 illik yubileyi münasibəti ilə keçirilən müzakirələri giriş sözü ilə Vyana Diplomatiya Akademiyasının direktoru Hans Vinkler və Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev açıb.M.Məmmədquliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici əlaqələrin qurulması, iqtisadiyyatın dirçəldilməsi məsələlərinə xüsusi diqqət ayırıb. “Avropaya inteqrasiya etmək, qərb təsisatları ilə əməkdaşlıq daim diqqət mərkəzində olub. Avropa Şurası və ATƏT-in üzvü olan Azərbaycan Avropa Qonşuluq Siyasəti, Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi - TRASEKA və digər proqramların fəal iştirakçısıdır. 1994-cü ildə Bakıda imzalanmış „Əsrin müqaviləsi“ isə Xəzər dənizinin enerji resurslarının Avropa bazarına çıxarılmasını mümkün etmişdir”.-deyə M.Məmmədquliyev vurğulayıb. O,Avropanın enerji təhlükəsizliyi və enerji marşrutlarının diversifikasiyasında Azərbaycanın mühüm rol oynadığını və tərəfdaşlığın genişləndirilməsinə tərəfdar olduğunu söyləyib. “İqtisadi meyllər və təhlükəsizlik nəticələri“ mövzusuna həsr olunmuş ilk paneldə Avstriya Parlamentinin üzvü, Avstriya İqtisadiyyat Palatasının vitse-prezidenti Kristof Matsnetter, Ziqmund Freyd Universitetinin Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Ziedşlaq, Milli Məclisin deputatı Gültəkin Hacıbəyli, ATƏT-in İqtisadiyyat və Ekologiya Fəaliyyətləri üzrə əlaqələndiricisi Qoran Silvanoviç, Beynəlxalq Sülh üzrə Avstriya İnstitutunun direktoru Otmar Höll iqtisadi inkişafın meylləri, enerji daşıyıcıları sahəsində əməkdaşlıq, regional təhlükəsizlik və digər mövzularda çıxış ediblər.
URL / WWW
http://kelam.az/article/a-435.html