Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bölgələrdəki məktəblərə 2 mln. manat dəyərində ləvazimat verilib
19.08.11 20:07

2011-2012-ci dərs ilində ölkədə 12180 nəfər şagird yerlik yeni 47 məktəb tikilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil nazirinin Təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrində qeyd edilib. Bundan başqa, Lənkəran şəhəri 4 nömrəli məktəbdə 560 yerlik əlavə 28 sinif otağı inşa olunub. Yeni dərs ili ərəfəsində 6 məktəb əsaslı təmir edilib. Eyni zamanda, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Məlumata görə, 2010-2011-ci dərs ili ərəfəsində respublikada 9380 yerlik 26 məktəb istifadəyə verilib, 12 məktəb və 6 uşaq bağçası əsaslı təmir edilib. 50-dən artıq rayonun ümumtəhsil məktəblərinə 2009-2010-cu dərs ilində olduğu kimi, 27414 parta, 2315 yazı lövhəsi, 4313 müəllim stolu, 7662 müəllim stulu göndərilib."2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, 2011-ci ildə 4 yeni məktəb binasının, 2 məktəbə əlavə korpusun, 20 məktəb üçün əlavə sinif otaqlarının tikintisinin, 44 məktəb və 51 uşaq bağçasının əsaslı təmirinin, 6 məktəbdə bərpa işlərinin başa çatdırılması nəzərdə tutulub. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq, keçən dərs ilində 27 min nəfər İKT-nin tətbiqi üzrə müxtəlif təlim kurslarından keçirilib, 180 ümumtəhsil məktəbinə 1733 ədəd kompyuter, 148 məktəbə 402 noutbuk, 14 məktəbə 1500 netbuk, 155 məktəbə 403 proyektor, 23 məktəbə 30 printer verilib. Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş ümumi təhsil müəssisələrinin sayı 503-dən 1100-ə çatdırılıb. Həmçinin 2011-2012-ci dərs ili ərəfəsində ümumtəhsil məktəbləri üçün 102 adda 3463170 nüsxə dərslik çap edilib. Onların 45 adda 1179750 nüsxəsi yeni fənn proqramları (kurrikulumları) ilə işləyən ibtidai siniflər üçün nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-4348.html