Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Təhsil naziri əmr imzalayıb
20.08.11 02:07

Təhsil naziri "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı əmr imzalayıb. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, əmrə əsasən nazirliyin tədbirlər planı təsdiq edilib. Əmrə əsasən, nazirliyin icraya məsul strukturları, yerli təhsili idarəetmə orqanları, təhsil müəssisələrinin rəhbərləri planda nəzərdə tutulan tədbirlərin icrasını təmin etməli və görülən işlər barədə hər ilin dekabr ayının 5-dək nazirliyin rəhbərliyinə hesabat verməlidirlər. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilib.
URL / WWW
http://kelam.az/article/a-4347.html