Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəblərə qəbul olunan tələbələrin 96,29 faizi qeydiyyatdan keçib
19.08.11 20:07

Cari tədris ili üçün ali məktəbə qəbulla bağlı bu günə qədər dövlət sifarişli yerlərin 99,15 faizi, ümumilikdə isə ali məktəblərə qəbul olunan tələbələrin 96,29 faizi qeydiyyatdan keçib. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, dövlət ali məktəblərində yerlərin 95 faizindən çoxu dolub. “Özəl təhsil müəssisələrində isə rəqəmlər müxtəlifdir. Özəl universitetlər arasında ən yüksən qəbul göstəricisi Qərb, Qafqaz və Xəzər universitetlərinə aiddir” - deyə TQDK sədri vurğulayıb. Onun sözlərinə görə, sentyabrın ayının 1-dən etibarən ali məktəblərə əmrlər daxil olacaq. M.Abbaszadə onu da deyib ki, avqustun 28-də orta ixtisas təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanının nəticəsinin açıqlanması Ramazan bayramı ilə əlaqədar gecikəcək. O qeyd edib ki, adətən imtahanın nəticəsi 1 gün sonra açıqlansa da, bu il həmin ərəfə Ramazan bayramına düşdüyündən nəticələr sentyabrın 2-də açıqlanacaq.
URL / WWW
http://kelam.az/article/a-4346.html