Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Orta ixtisas təhsili müəssisələrinə 31251 abituriyent ərizə təqdim edib
20.08.11 02:07

Cari tədris ili üçün ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə avqustun 28-də keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 31251 abituriyent ərizə təqdim edib. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, abituriyentlər imtahana buraxılış vərəqəsi və abituriyentin vəsiqəsini elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyalarından avqustun 24-ü, 25-i, 26-sı və 27-də saat 10:00-dan 17:00-dək ala bilərlər. “Cari tədris ili üçün ümumi orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılacaq. Ayrılmış 9642-i yerin 8449-u Azərbaycan, 312 yer rus bölməsinə, 881 yer isə birgə müsabiqə aparılan ixtisaslara aiddir. Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay, Ağcabədi və Xaçmaz şəhərlərində keçiriləcək. Bakıda keçirilən imtahanda 12911, Sumqayıtda 1956, Naxçıvanda 1070, Gəncədə 4052, Lənkəranda 2102, Mingəçevirdə 1273, Şəkidə 1714, Şirvanda 1632, Ağcabədidə, 85, Göyçayda 1824, Xaçmazda 1867 abituriyent imtahan verəcək” - deyə TQDK sədri vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4345.html