Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ermənistanın hakim düşərgəsində kompromat savaşı başlayacaq
19.08.11 20:07

Qarşıdan gələn payız aylarında tək hakimiyyətlə müxalifət arasında deyil, həmçinin hakim düşərgənin içində də kompromat savaşı başlayacaq. «KƏLAMİNFO» «Qraparak» qəzetinə istinadən məlumat verir ki, qarşıdan gələn parlament seçkilərində Respublika Partiyasının proporsional siyahısına düşmək uğrunda mübarizə o qədər gərgin keçir ki, bir sıra hakimiyyət dairələri bir-birinə qarşı kompromat savaşına çıxıblar. Bir qrup çalışır ki, digər qrupun nüfuzunu aşağı salsın və bundan sonra da Serj Sarkisyan yerdəyişmələr etsin. Qəzetin yazdığına görə, hazırda ən çox kompromat təhsil naziri Armen Aşotyana və vitse-spiker Smavel Nikoyana, eləcə də Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanova qarşı toplanıb. Məhz onların çiyninə də Serj Sarkisyan və hakim Respublika Partiyasının piarını aparmaq düşüb. Kompromatlar çox yaxın vaxtlarda elektron KİV və yaxud qəzet səhifələrində görünəcək.
URL / WWW
http://kelam.az/article/a-4344.html