Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » "Gündəm xəbər" qəzetinin təsisçisi barəsində cinayət işi başlanıb
19.08.11 20:07

"Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri barəsində cinayət işi başlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Baş Prokurorluğun mətbuat xidmətindən veriblər. Azərbaycan Mətbuat Şurasının "Qara Siyahısı"na daxil edilən "Gündəm xəbər" qəzetində şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşıldığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığına, "Jurnalistlərin peşə davranışı qaydaları"nın mütəmadi pozulduğuna görə müvafiq tədbirlər görülməsi barədə Şuranın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Müəyyən edilib ki, "Gündəm xəbər" qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğlu tərəfindən "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunun tələbləri kobud surətdə pozulmaqla yanaşı, eyni zamanda vergi qanunvericiliyinin tələblərinə də əməl olunmayıb. Belə ki, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmamış, qanunvericilikdə nəzərdə tutulan qaydada mühasibat uçotu aparılmamış, o cümlədən dərc olunan tirajın sayı göstərilməmiş, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuş və beləliklə külli miqdarda, yəni 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb. Faktla bağlı qəzetin təsisçisi Şirin Cəfəri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsində iş üzrə istintaq davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-4342.html