Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyənin müdafiə naziri: “Bunlar etdiklərinin qarşılığını görəcək”
19.08.11 03:19

Türkiyənin Hakkari vilayətinin Çuxurca kəndində baş verən hadisəyə bu ölkənin müdafiə naziri İsmət Yılmaz münasibət bildirib. “KƏLAMİNFO” “Cnn Türk”ə istinadən xəbər verir ki, hücumdan sonra nazir İsmət Yılmaz deyib ki, PKK terrorla istəyinə nail ola bilməyəcək: “Onlar xəyalla məşğul olurlar. Terrorla Türkiyə Cümhuriyyətindən ala biləcəkləri heç bir şey yoxdur. Türkiyə Cümhuriyyəti bölgədə həm iqtisadi, həm hərbi baxımdan hər kəsin düşünə bilmədiyi qədər liderdir. Yaxşı bunlar nə edəcəklər? Bunlar yalnız bizim səbrimizi daşdırmağa çalışırlar. Onlar hüquq, qayda tanımırlar. İstəyirlər ki, bizi də özlərinə bənzətsinlər. Odur ki, dövlətlə şəbəkə arasındakı fərq budur. Biz hüquq və demokratiya içərisində bunları dəf edəcəyik. Etdiyimizi də hər kəs görəcək”,-deyən İ.Yılmaz deyib ki, onların etdiyi yalnız zülm, təhdid, terrordur: “Amma bunlar etdiklərinin qarşılığını görəcək”.Hakkari valisinin müavini Edib Bıçaqçı isə deyib ki, əraziyə “Kirpi” markalı zirehli texnika və canlı qüvvə cəlb edilib. Xatırladaq ki, Türkiyənin Hakkari vilayətinin Çuxurca kəndində türk əsgərlərin maşın karvanına PKK tərəfindən hücum olub. Hücum zamanı 8 əsgər şəhid olub, 9-u isə yaralanıb.
URL / WWW
http://kelam.az/article/a-4337.html