Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nazirlik dövlət orqanları ilə bağlı sorğuya start verib
18.08.11 22:19

Rabitə və İnformasiya Texnologiya Nazirliyinin mətbuat xidməti yeni sorğuya başlayıb. Sorğu Azərbaycanda dövlət orqanlarında elektron xidmətlərlə bağlıdır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. “Hansı dövlət orqanında elektron xidmətlərinin səviyyəsini yüksək qiymətləndirirsiniz?” başlığı altında keçirilən sorğu 1 ay ərzində davam edəcək. Sorğunun keçirilməsində məqsəd informasiya cəmiyyətinin təşəkkül tapdığı bir vaxtda dövlət orqanlarında elektron xidmətlərin səviyyəsini müəyyən etməkdir. Sorğuda iştirak etmək üçün hər İP ünvandan bir dəfə səs vermək olar. Bunun üçün xidmətin www.ictnews.az saytında xüsusi rubrika yerləşdirilib.
URL / WWW
http://kelam.az/article/a-4336.html