Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İƏT-in üzvü olan ölkələrin səfirləri “Somaliyə yardım” beynəlxalq xeyriyyə kampaniyasına qoşulublar
18.08.11 22:19

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) İslam Əməkdaşlığı Təşkilatının (İƏT) üzvü olan ölkələrin Bakıda akkreditə olunmuş səfirliklərinin nümayəndələri üçün ənənəvi iftar süfrəsi təşkil edib. İKGF-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, iftarda qonaqlara Forumun beşillik fəaliyyəti, həyata keçirdiyi layihələr – Sivilizasiyaların Alyansı uğrunda Qlobal Gənclər Hərəkatı, “İslam Əməkdaşlığı Təşkilatı Modeli” adlı Beynəlxalq münasibətlər üzrə Təhsil Proqramı, “Xocalıya ədalət!” kampaniyası, Gənc İş Adamları Beynəlxalq Şəbəkəsi haqqında məlumat slayd-şou formatında təqdimat olunub. Tədbirin sonunda İKGF tərəfindən bir həftə əvvəl elan olunmuş Somalidə aclıqdan əziyyət çəkənlərə yardım kampaniyası haqqında da ətraflı məlumat verilib. İftarda iştirak edən səfirlər maliyyə yardımı edərək bu xeyriyyə kampaniyasına qoşulublar. Xatırladaq ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Somalidə aclıqdan əziyyət çəkənlərə müqəddəs Ramazan ayı ərzində bu ölkəyə yardım göndərmək üçün beynəlxalq xeyriyyə kampaniyasına başlayıb. Kampaniyanın məqsədi Somalidə aclıqdan əziyyət çəkənlərə yardım etmək istəyənlərin fəaliyyətini əlaqələndirmək, ianələrin mərkəzləşdirilmiş və şəffaf qaydada toplanmasını, yığılan vəsaitin bu ölkəyə çatdırılmasını təşkil etməkdir.
URL / WWW
http://kelam.az/article/a-4335.html