Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Aşağı seçki komissiyalarının üzvləri üçün kurslar təşkil olunacaq
19.08.11 01:18

Aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kurslar təşkil olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov söyləyib. Onun sözlərinə əsasən, müvafiq milli fəaliyyət planına uyğun olaraq aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kurslar təşkil olunacaq. “Bu həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən müsbət qarşılanıb. Ölkədə belə maarifləndirməyə olduqca böyük ehtiyac var. Biz çalışırıq ki, beynəlxalq seçki sisteminə uyğunlaşaq. Kurslarda mühazirələr dinləniləcək və bu mühazirələri mütəxəssislər aparacaq” - deyə o qeyd edib. M.Pənahov, həmçinin əlavə edib ki, maarifləndirmə işi əsasən seçkiqabağı aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-4333.html