Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri öz işinə başlayıb
17.08.11 21:21

Bu gündən etibarən Qazaxıstan Respublikasında Ust-Kamenoqorsk şəhərində TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri start götürüb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, tədbir Qazaxıstan Respublikasının Dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönmünə həsr olunub. TÜRKSOY foto-rəssamlarının bu ilki yaradıcılıq görüşündə ölkəmizi gənc fotoqraf-rəssam, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Şamil Talıbov təmsil edir. Qeyd edək ki, TÜRKSOY foto-rəssamlar görüşü türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərarla keçirilir. Türk dünyasından Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Rusiya Federasiyasından Xakasiya, Şimali Kipr, Başqırdıstan, Tatarıstan, Saha, Altay, Tuva və Moldavanın Qaquz Yerindən olan istedadlı foto-rəssamlar TÜRKSOY görüşlərində hər dəfə böyük maraqla iştirak edirlər. Xatırladaq ki, bu sənət elçilərinin ərsəyə gətirdikləri və bu günə kimi TÜRKSOY-a təqdim etdikləri türk dünyası ölkələri, xalqlarının mədəniyyətinin, incəsənətinin zənginliyini əks etdirən bu fotolar kolleksiya şəklində toplanır və kataloqları hazırlanaraq mühüm sənət mərkəzlərinə göndərilir. Tədbir avqustun 27-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-4330.html