Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb
11.12.09 00:16

Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin “Orli” Beynəlxalq Hava Limanında prezident İlham Əliyevi Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Həmin gün axşam prezident İlham Əliyev Bakıya qayıdıb. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar. Qeyd edək ki, Fransaya rəsmi səfəri çərçivəsində prezident İlham Əliyev Parisdə Yelisey sarayında Fransa prezidenti Nikola Sarkozi, Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Bernar Akoyer və bu ölkənin xarici işlər naziri Bernar Kuşnerlə görüşüb.Prezident İlham Əliyev həmçinin Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları ilə görüşüb.
URL / WWW
http://kelam.az/article/a-433.html