Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qırğızıstanda prezident seçkilərində iştirak etmək istəyən 83 namizəd var
18.08.11 02:21

Bu il Qırğızıstanda keçiriləcək prezident seçkilərinə namizədlərin sayı açıqlanıb. “KƏLAMİNFO” xarici mətbuata istinadən xəbər verir ki, Qırğızıstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində iştirak edəcək 83 namizədin qeydiyyatdan keçdiyini bildirib. Onların 16 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, 67 nəfərinin isə müstəqil namizəd kimi irəli sürülüb. Qeyd edək ki, bu namizədlər seçkilərdə iştirakları üçün tam hüquq qazanmaq üçün 3 min imza toplamalı, 2 min dollar məbləğində pul köçürməlidir. Əsas şərtlərdən biri isə namizədlərin sentyabrın 25-dək qırğız dilindən imtahan verməsidir. Qabaqcıl namizədlər siyahısında isə Qırğızıstanın hazırkı Baş naziri, Sosial Demokrat Partiyasının sədri Almazbek Atambayev və millətçi Ata Jurt Partiyasının sədri Kamçubek Taşiyev qərar tutub. Xatırladaq ki, Qırğızıstanda prezident seçkiləri cari ilin oktyabrın 30-da keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-4328.html