Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Efiopiya qaçqın şəhərciyində hər gün 10 somalili uşaq ölür
17.08.11 21:21

Birləşmiş Millətlər Təşkilatı Efiopiya qaçqın şəhərciyində yerləşdirilən somalililərin vəziyyəti ilə bağlı həyəcan siqnalı verib. “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, təşkilatın yaydığı açıqlamada bu şəhərcikdə hər gün 10 və daha çox uşağın öldüyü bildirilir. Ölən uşaqların çoxu 5 yaşın altında, yaşlıların çoxu isə 55 yaşın üstündədir. Somalililərin ölüm sürətinin aşağı düşməməsi isə vəziyyəti daha da ağırlaşdırıb. Çünki ölənlərin sayının artması insanları ümidsizliyə sürükləyib. Təşkilatın Efiopiyadakı nümayəndəsi Ron Redmond: “Burdakı qadınlar artıq övladlarını tanımazlıqdan gəlir. Burda bütün övladlarını itirmiş qadınlar var. Onlar ağlamağı belə unudub. Hamının vəziyyəti digərindən ağırdır. Artıq onları bu vəziyyətdən çıxış üçün yolun sonunda işıq olduğuna heç kim inandıra bilmir”.
URL / WWW
http://kelam.az/article/a-4326.html