Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri üçün ingilis dili proqramı elan edilib
17.08.11 21:21

British Council, Vorvik Universiteti və BMİ (British Midland International) aviaşirkəti ilə birgə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bakalavr pilləsində təhsil alan tələbələri üçün ingilis dili bacarıqlarının təkmilləşdirilməsi proqramını elan edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya “British Council”dən veriblər. 2011-ci ilin 22-31avqust tarixində Vorvik Universitetinin Tətbiqi Linqvistika Mərkəzi tərəfindən təşkil ediləcək bu xüsusi proqram çərçivəsində universitetin ingilis dili fakültəsindən seçilən, bakalavr pilləsində təhsil alan altı tələbəyə bir həftəlik həm ingilis dili kursları, həm də mədəniyyət proqramı təşkil ediləcək. Bu kurs tələbələrə sosial və elmi sahələrdə ingilis dilindən daha əminliklə istifadə etməyə imkan verəcək. Mədəni proqrama London, Oksford, Vorvik və Şekspirin anadan olduğu Stratford-upon-Avon-a səfərlər daxil edilib. Bu səfərlərdə proqram iştirakçılarına Britaniya mədəniyyəti barəsində geniş məlumat əldə etmək imkanı veriləcək. Proqram iştirakçıları, həmçinin Britaniyalı ailələrdə yaşamaqla gündəlik əsasda ingilis dili bacarıqlarını daha da inkişaf etdirə biləcək, Britaniya mədəniyyəti ilə tanış olacaq və mədəniyyətlərarası əlaqə yaratmaq bacarıqlarını inkişaf etdirmək fürsəti əldə edəcəklər. “British Council” Birləşmiş Krallığın təhsil imkanları və mədəniyyət əlaqələri sahəsində beynəlxalq təşkilatıdır. Təşkilat dünyanın 109 ölkəsində fəaliyyət göstərir. BMİ dünyanın ən geniş aeroportlarından olan London Hitrouda ikinci ən böyük hava yoludur. Proqram haqqında əlavə məlumat üçün menecer, Gülşən Hüseynova (www.britishcouncil.az) ilə əlaqə saxlaya bilərlər.
URL / WWW
http://kelam.az/article/a-4325.html