Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Biologiya müəllimi işləmək istəyənlər üçün imtahan keçirilir
18.08.11 02:21

Bu gün Təhsil Nazirliyi sistemindəki ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, biologiya müəllimi işləmək istəyənlər üçün keçirilən imtahan iki gün davam edəcək. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində reallaşan imtahan bu gün səhər saat 9:00-da başlayıb və saat 18.00-da başa çatacaq. Hər bir namizəd kompyuter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək. Qeyd edək ki, hazırda ölkədə biologiya müəllimliyi ixtisası üzrə 166 vakant yer var. Vakant yerlərdən 10-u Bakı şəhəri, 156-sı isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 436 nəfər ərizə verib. Bundan sonrakı imtahanlar isə fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışa qədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-4323.html