Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ekspert: “İsmət Yılmaz Bakıya səfəri zamanı müəyyən razılaşmaların əldə olunmasına çalışacaq”
18.08.11 02:17

“Böyük ehtimalla Türkiyə müdafiə naziri Azərbaycana kifayət qədər yüksək heyətlə gələcək və müxtəlif istiqamətlərdə danışıqlar apararaq müəyyən razılaşmaların əldə olunmasına çalışacaq”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində hərbi ekspert Cəsur Sümərinli bildirib. Ekspert hesab edir ki, bu səfərdə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri əsas diqqət mərkəzində olacaq. “Gələcəkdə əməkdaşlığın necə davam edəcəyi bu danışıqlar üzərində qurulacaq. Eyni zamanda bir sıra problemlər də mövcuddur və bir sıra istiqamətlərdə əməkdaşlıqları möhkəmləndirməyə ehtiyac var. Xüsusilə də Azərbaycan ali hərbi məktəbləri əvvəllər Türkiyədə əməliyyatlarda daha fəal idilər, amma sonralar onların sıralarında azalmalar baş verdi. Türkiyə Azərbaycandakı əməliyyatlarda Türkiyənin əməliyyatlarını daha üstün səviyyəyə qaldırılması və Azərbaycanın NATO standartlarında Türkiyədən maksimum səviyyədə istifadə edilməsi kimi məlumatlar var idi. Bu məsələdə müəyyən anlaşılmazlıqlar var idi. Hesab edirəm ki, səfər çərçivəsində tərəflər öz aralarında bu məsələləri həll etməyə çalışacaqlar”, - deyə C.Sümərinli vurğulayıb. Onun sözlərinə görə, bəzi bu kimi məsələlər həllini tapdıqda iki ölkə arasında hərbi əməkdaşlıq daha da irəliləyəcək. “Ümid edirəm ki, qarşıdakı görüşlər çərçivəsində bu hərbi əməkdaşlıq hansısa formada irəliləməsi məsələləri diqqət mərkəzində qalacaq”,-deyə o, əlavə edib. Qeyd edək ki, Türkiyə müdafiə naziri İsmət Yılmazın bu yaxınlarda Azərbaycana səfəri planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-4322.html