Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkiyədə İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin fövqəladə iclası işə başlayır
17.08.11 21:16

Bu gün Türkiyədə İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin fövqəladə iclası işə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, 57 müsəlman ölkəsinin təmsilçisi Somalidəki insanlıq faciəsi və bu ölkə əhalisinə əlaqələndirilmiş yardım yollarını müzakirə edəcək. Somalidəki vəziyyətlə əlaqədar Türkiyə, Azərbaycan, İran və bir çox digər İƏT ölkəsi bu ölkəyə yardım kampaniyasına başlayıb. Bu gün İstanbulda başlayacaq beynəlxalq toplantıda Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndə, səfir Tofiq Abdullayev təmsil edəcək. Konfransda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-4321.html