Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BQXK-nin əməkdaşları Ermənistanda saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər
17.08.11 21:16

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər. Bu barədə “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova məlumat verib. O bildirib ki, BQXK nümayəndələri hərbi əsirin saxlanma şəraitinin monitorinqini aparıb, onun sağlıq durumunu araşdırıb. Ailəsinin məktubu əsirə çatdırılıb, ondan da ailəsinə çatdırılması üçün məktub alınıb. Xatırladaq ki, Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov hazırda Ermənistanda əsir saxlanılır. O, ötən il avqustun 27-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
URL / WWW
http://kelam.az/article/a-4320.html