Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Millət vəkili: “Kreml heç bir halda Bakını özündən narazı salmaq istəmir”
16.08.11 19:22

“Çox aydın hiss olunur ki, Kazan görüşünün iflasından sonra Rusiya prezidenti Dmitri Medvedyev Qarabağla bağlı situasiyanı tənzimləmək istəyir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili Musa Qasımlı bildirib. O qeyd edir ki, indiki şəraitdə Kreml heç bir halda Bakını özündən narazı salmaq istəmir və Rusiya prezidentinin şəxsi dəvəti ilə Soçidə baş tutan görüş də buna xidmət edir. “Məsələ burasındadır ki, indi eyni zamanda Qarabağ məsələsi ilə yanaşı, bir sıra digər məsələlər var ki, onlar da müzakirə olunmalıdır. Bunlar Qəbələ RLS və digər regional məsələlərdir. Yəqin ki, Soçidə bunlar kompleks şəkildə müzakirə olunub” - deyə M.Qasımlı vurğulayıb. Buna baxmayaraq, millət vəkili hesab etmir ki, burada da Rusiya tərəfindən hansısa ciddi bir nəticə əldə edilmiş olsun. “Çünki Rusiyanın Cənubi Qafqazla bağlı hamıya məlum olan ümumi strategiyası buna imkan vermir. Bu görüşlə sadəcə olaraq, Rusiya dövlət başçısı Kazan uğursuzluğundan sonra vəziyyəti kompensasiya etmək istəyir, ona görə də bu kimi cəhdləri edir” - deyə ekspert əlavə edib. 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev avqustun 9-da Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə Soçi şəhərinə işgüzar səfər edib və prezidentlərin təkbətək görüşü baş tutub.
URL / WWW
http://kelam.az/article/a-4319.html