Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 4 gün iş olmayacaq
17.08.11 02:22

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 4 gün iş olmayacaq. Nazirlər Kabinetindən “KƏLAMİNFO”ya verilən məlumata görə, hökumət Ramazan bayramı ilə bağlı iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.
Qərara görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib. Beləliklə, avqustun 28, 29, 30 və 31-i qeyri-iş günü olacaq.
Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayıb. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Ramazan ayının 29-u və ya 30-na (miladi təqvimlə avqustun 30-na və ya 31-nə) təsadüf edəcək.
URL / WWW
http://kelam.az/article/a-4318.html