Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » 16 bələdiyyənin hüquq pozuntuları ilə əlaqədar materiallar prokurorluğa göndərilib
17.08.11 02:22

Cari ildə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin rifahının yaxşılaşdırılmasına yönələn çoxsaylı qanunvericilik aktlarının işlənilməsində Ədliyyə Nazirliyi fəal iştirak edib. Nazirlik tərəfindən 159 normativ hüquqi akt layihəsi hazırlanıb, 612 akt hüquqi ekspertizadan keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Ədliyyə Nazirliyinin kollegiya iclasında nazir Fikrət Məmmədov söyləyib. Nazir qeyd edib ki, inzibati nəzarət qaydasında 16 minə yaxın bələdiyyə aktı yoxlanılıb, nazirliyin təklifləri əsasında 400-ə yaxın akt qanuna uyğun olmadığından dəyişdirilib və ya ləğv edilib. 16 bələdiyyənin fəaliyyətində aşkar edilən hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib. İclasda mövcud nöqsanlara və qarşıda duran vəzifələrə toxunulub, penitensiar sistemdə əməliyyat və tərbiyə işinin gücləndirilməsi, məhkəmə qərarlarının icrasına nəzarətin artırılması, əhaliyə göstərilən hüquqi xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması prosedurunun daha da yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi və digər konkret tədbirlər müəyyən olunub. İclasda, həmçinin bildirilib ki, əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi xidmətlər göstərən regional hüquqi məsləhət mərkəzlərinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, habelə bələdiyyələrin və QHT-lərin davamlı inkişafının təmin edilməsi kimi konkret tədbirlər müəyyən olunaraq həyata keçirilməkdədir. Eyni zamanda, ədliyyə sistemində mövcud vakansiyaların doldurulması məsələsi müzakirə olunub, son illər keçirilən 5 müsabiqə nəticəsində 223 hüquqşünasın ədliyyə orqanlarında işlə təmin olunması qeyd edilib. Eləcə də kadrlara olan ehtiyac nəzərə alınaraq, növbəti müsabiqənin keçirilməsinin zəruriliyi bildirilib. Bununla əlaqədar, işə qəbul prosedurlarının xeyli sadələşdirilməsi qərara alınaraq nazirliyin internet saytı vasitəsilə müraciətlərin edilməsi üçün elektron texnologiyaların tətbiqinə dair tapşırıqlar verilib.
Kollegiyada, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
URL / WWW
http://kelam.az/article/a-4317.html